Prezident seçkilərində təhlükəsizliyi 260 min zabit təmin edəcək

13 May 2017 19:00 (UTC+04:00)

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə məlumat verən İranın daxili işlər nazirinin müavini Hüseyn Zülfiqari onu da bildirib ki, təhlükəsizliyin təmin olunmasında polis ilə yanaşı, İnqilab qvardiyasının da zabitləri iştirak edəcəklər.

Xatırladaq ki, mayın 19-da İranda növbəti prezident seçkiləri keçiriləcək. Beynəlxalq aləmdə və Yaxın Şərqdə baş verən gərgin siyasi proseslər fonunda bu ölkədəki prezident seçkiləri xüsusi maraq doğurur.