İlham Əliyev cüdoçuların mükafatlandırma mərasimində - Fotolar

13 May 2017 20:05 (UTC+04:00)

AzNews.az xəbər verir ki, qaliblərə medalları Azərbaycan Prezidenti İlham Əliyev təqdim edib.

Bu çəkidə idmançımız Nicat Şıxəlizadə birinci olub.

Mükafatlandırmadan sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

AzNews.az