Fəridə Abiyeva qızıl medal qazandı

13 May 2017 20:34 (UTC+04:00)

AzNews.az xəbər verir ki, karatenin kumite yarışında 61 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan idmançısı Fəridə Abıyeva finalda iranlı Rozita Əlipurkaşkalesadı 3:0 hesabı ilə məğlub edərək birinci yeri tutub.

Bununla da F.Abiyeva “Bakı-2017”də karateçilərimizin ilk qızıl medalının sahibi olub.

AzNews.az