9 yaşlı uşaq dostunu güllələdi

13 May 2017 21:35 (UTC+04:00)

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Çivril rayonunun İşıqlı məhəlləsində heyvandarlıqla məşğul olan valideynlər işə getdikdən sonra babası ilə birlikdə evdə qalan uşaqlar tüfənglə oynayarkən açılan güllə onlardan birinin boyun nahiyyəsinə dəyir. Biməyərəkdən atəş açan uşağın 9 yaşı var. Ağır yaralanan uşaq xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.