Saakaşvili çıxılmaz vəziyyətdə

7 Fevral 2013 21:52 (UTC+04:00)



Gürcüstan prezidenti Mixail Saakaşvili xalqa müraciəti parlament tribunasından deyil, Milli Kitabxana binasından etmək qərarına gəlib.

AzNews.az-ın ANS PRESS-ə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında dövlət başçısının mətbuat katibi Manana Mancqaladze deyib. O qeyd edib ki, hələlik prezidentin hansı formatda çıxış edəcəyi, onun müraciətinə kimlərin dəvət olunacağı məlum deyil.

Prezidentin xalqa müraciəti sabah günün ikinci yarısında olacaq.

Qeyd edək ki, parlament çoxluğu Saakaşviliyə parlament tribunasından çıxışına imkan verməyib. Şərt o olub ki, parlamentdə hələlik Konstitusiyaya dəyişikliklər qəbul edilməyib. Həmin dəyişikliklərə əsasən prezident qanunverici orqanı buraxmaq hüququndan məhrum ediləcək.