“Eurovision 2017”nin qalibi - Portuqaliya (Foto + Video)

14 May 2017 10:33 (UTC+04:00)

AzNews.az xəbər verir ki, mahnı müsabiqəsinin builki qalibi Portuqaliya təmsilçisi Salvador Sobral oldu. Onun ifa etdiyi Amor Pelos Dois mahnısı 758 balla birinci olub.

Təmsilçimiz Diana Hacıyeva isə “Skeletons” mahnısı ilə 120 bal toplayaraq müsabiqədə 14 yeri tutub. Yalnız, İtaliya və Portuqaliya Azərbaycana 12 bal verib. Gürcüstan və Yunanıstan 10 bal, San-Marino, Moldova, Bolqarıstan 5 bal, Ukrayna 6 bal, Macarıstan və Belçika 4 bal, Albaniya 2 bal, İrlandiya, Kipr, Polşa isə 1 xal verib. Ümumilikdə münsiflər tərəfindən Diana Hacıyevaya 78 bal verilib. Tamaşaçı səsverməsi ilə Azərbaycan 42 bal qazanıb.