İslamiadada VII yarış günü: millimiz finalda

14 May 2017 10:52 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, bunların 8-də medal yarışları olacaq.

Bədii gimnastika və idman gimnastikası növlərində fərdi və komanda yarışlarının qalibləri müəyyənləşəcək.

Cüdoda 3 çəkidə 4, paracüdoda 4 çəkidə 8 idmançı medal uğrunda yarışacaq.

Qadın və kişi karateçilər kata və kumitedə hərəyə 3 medal üçün vuruşacaqlar.

Günün ən ən çox maraq doğuran görüşlərirı həndbol komandaları arasında final və bürünc medal uğrunda matçlar olacaq. Qadınların mübarizəsində həlledici qarşılaşmada Azərbaycan və Türkiyə yığmaları üz-üzə gələcək. Bu komandalar voleybolçu qadınların yarışında qrup mərhələsinin görüşü çərçivəsində də üz-üzə gələcəklər.

Atıcılıq, üzgüçülük və ağırlıqqaldırma növlərində də medallar uğrunda mübarizə gedəcək.

Qeyd edək ki, artıq Azərbaycanın aktivində 22 medal var. Bunlardan 10-u qızıl, 9-u gümüş, 3-ü bürüncdür.