İdman gimnastlarımız qızıl medal qazandı

14 May 2017 11:25 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, Türkiyə gümüş, İndoneziya isə bürünc medala sahib olub.

Bu, Azərbaycanın İslamiada çərçivəsində keçirilən gimnastika yarışlarında ikinci qızıl medalıdır. Bundan əvvəl Marina Durunda, Jalə Piriyeva və Zöhrə Ağamirovadan ibarət Azərbaycanın bədii gimnastika üzrə komandası da qızıl medal qazanmışdı.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.