Zabit Səmədovdan növbəti qələbə - Video

14 May 2017 12:13 (UTC+04:00)

AzNews.az xəbər verir ki, İstanbulun Gebze İdman Sarayındakeçirilən döyüşdə Zabit rəqibi belçikalı Məhəmməd Malik Sinistriməğlub edib.

Rəqib ikinci raundda sağ ayağından aldığı ciddi zədə üzündən döyüşü davam etdirə bilməyib. Bu səbəbdən hakim qarşılaşmanı Zabitin xeyrinə dayandırıb.

Bu, Zabitin K-1-də keçirdiyi 87 döyüşdə 77-ci qələbəsi və 36-cı nokautudur.