“Eurovision 2017” səhnəsində şalvarını çıxaran şəxs 5 il azadlıqdan məhrum edilə bilər - Video

14 May 2017 14:31 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, qalmaqallı hərəkətləri ilə daim gündəmə gələn ukraynalı pranker Vitaliy Sedyuk Camalanın ifası zamanı səhnəyə Avstraliya bayrağı ilə çıxaraq, şalvarını aşağı çəkib, arxasını tamaşaçılara göstərib.

Mühafizəçilər dərhal onu səhnədən uzaqlaşdıraraq, həbs ediblər.

Hazırda onu ya yüksək məbləğli cərimə, ya da 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Daha əvvəl Vitaliy Sedyuk Parisdə qırmızı xalçada Kim Kartaşyanın arxasından öpüb, Los-Ancelesdə Bred Pittin eynəyini sındırıb, Moskvada film təqdimatı zamanı Uill Smitə “Mən sizin ən böyük fanatınızam” deyib öpmək istəyəndə, aktyor ona şillə vurub.