Sarkisyan yenə pərt oldu - aparat onu tanımadı (VİDEO)

14 May 2017 17:22 (UTC+04:00)

AzNews.az Azvision.az-a istinadən xəbər verir ki, parlament seçkilərində olduğu kimi bu dəfə də Sarkisyan pərt olub.

Belə ki, 9/18 saylı seçki məntəqəsində barmaq izinin tanınması üçün nəzərdə tutulan aparat Sarkisyanın kimliyini tanımayıb.

Ermənistan prezidentinin barmaq izi götürüləndən sonra o, səs verə bilib.

Xatırladaq ki, aprelin 2-də keçirilən parlament seçkilərində də Sarkisyan oxşar durumla üzləşmişdi. Bununla ikinci dəfədir ki, erməni prezident səs verərkən pərt olur.