Üzgüçülərimizdən ilk qızıl medal - İslamiada

14 May 2017 20:09 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, üzgüçülərimiz yarışda ilk medallarını qazanıblar.

Sərbəst üsulla 1500 metr məsafəyə üzgüçülükdə təmsilçimiz Maksim Şemberev finişə bütün rəqiblərindən tez çatıb.

Bununla o, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

İndoneziyalı Aflah Pravira ikinci, türkiyəli Ediz Yıldırımer isə 3-cü yeri tutub.