Boksçularımız İslamiadada medalların sayını artırdı

14 May 2017 20:32 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, günün ikinci yarısında 1/4 finala start verilib.

60 kq çəki dərəcəsində mübarizə aparan Cavid Çələbiyev də yarışa bu mərhələdən start verib. O, 1/8 finalda qayanalı Yoel Vollimasonu məğlub edən türkiyəli Hakan Doğanla döyüşüb. Görüş dünya çempionumuzun asan qələbəsi ilə yekunlaşıb. Bununla da 25 yaşlı idmançı ən azı bürünc medalı təmin edib. Bu, boks yığmamızın təmin etdiyi ilk medaldır. C. Çələbiyev mayın 17-də baş tutacaq yarımfinalda qazaxıstanlı Sultan Zaurbəylə döyüşəcək.

91 kq çəki dərəcəsində mübarizə aparan Teymur Məmmədov da debüt görüşünə çıxıb. London Olimpiadasının bürünc medalçısı 1/4 finalda Özbəkistan boksçusu Sardorbek Beqaliyevlə üz-üzə gəlib. Görüş Avropa çempionumuzun qələbəsi ilə bitib - 5:0. Bu qələbə sayəsində T. Məmmədov da ən azı bürünc medalı özünə təmin edib.