Daha bir karateçimiz qızıl qazandı - İslamiada

14 May 2017 20:56 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, 84 kq çəki dərəcəsində yarışan karateçilərin finalında təmsilçimiz Ayxan Mamayev Tükiyə idmançısı Alparslan Yamanoğlu ilə üz-üzə gəlib.

Gərgin keçən döyüşdə karateçimiz (1:0) qızıl medala yiyələnib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.