Qadın karateçimiz qızıl medal qazandı - İslamiada

14 May 2017 21:31 (UTC+04:00)

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, təmsilçimiz finalda türkiyəli Edə Eltemuru 3:0 hesabı ilə məğlub edib. Beləliklə də, Azərbaycan karateçilərinin “Bakı-2017”dəki qızıl medallarının sayı dördə çatıb.

Yarışa dörddəbir final mərhələsindən qoşulan İ.Zaretska rəqibi Misir təmsilçisi Nada Muhammedə 4:3 hesabı ilə qalib gəlib. Təmsilçimiz yarımfinalda iranlı Behnoş Najafiqhaqhelestani üzərində 3:0 hesabı ilə inamlı qələbə qazanıb.

Bu növdə bürünc medallara isə Misir təmsilçisi Nada Muhammed və iordaniyalı Hala Traish sahib çıxıblar.

İrina Zaretska 2015-ci ildə Bakıda keçirilən ilk Avropa Oyunlarında qızıl medal qazanıb. O, I Avropa Oyunlarında qazandığı yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə "Şöhrət" ordeninə layiq görülüb. İ.Zaretska, həmçinin gənclər arasında sonuncu dünya çempionatının gümüş medalçısı, böyüklər arasında komanda yarışlarının Avropa çempionu olub.