58 ədəd soyuducu yandı

15 May 2017 09:28 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Bakı şəhəri, Nərimanov rayonunda inzibati binanın həyətyanı sahəsində 58 ədəd soyuducu və 6 p.m elektrik naqili yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 23:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.