Trend-in məlumatına görə, Azərbaycan atıcısı Rəsul Məmmədov 538 xalla finala yüksəlib.
Digər təmsilçimiz Rəhim Rəhimov təsnifatda mübarizəni dayandırıb, Ruslan Lunyov isə yarışa qatılmayıb.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
AzNews.az