Qadının evində silah aşkarlandı

15 May 2017 11:45 (UTC+04:00)

Daxili İşlər Nazirliyindən AzNews.az-a verilən məlumata görə, əldə edilən əməliyyat məlumatı əsasında Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər sakini Yaqut Hüseynovanın evinə baxış zamanı "PC-22K" markalı revolver tipli tapança aşkar edilərək götürülüb.