Merkelin partiyası ştat seçkilərində qalib gəldi

15 May 2017 12:10 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Almaniya kansleri Angela Merkelin Xristian Demokrat İttifaqı Partiyası Şimali Reyn-Vestfaliya ştatında keçirilən seçkilərdə qalib gəlib.

Xristian Demokrat İttifaqının ştat üzrə namizədi Armin Laşet seçkilərdə 34.5 faiz səs toplayıb. Rəqib Sosial Demokartlar isə 30.5 faiz səs toplaya bilib.

Şimali Reyn-Vestfaliya seçkilərinin nəticəsi Merkelin, eyni zamanda, sentyabr ayında keçiriləcək ümumi seçkilərdə göstərə biləcəyi nəticənin sınağı olub.

Sosial Demokrat Partiyası Şimali Reyn-Vestfaliya ştatında müharibədən sonrakı dövrdə ən çox rəhbərlik edən partiya olub. Partiya lideri Martin Şults məğlubiyyətini “ağır gün” kimi şərh edib.

Angela Merkel növbəti seçkilərdə də hökumət başçısı vəzifəsi uğrunda mübarizə aparacaq.

Bəxtiyar Abbasov

AzNews.az