Cüdoçulara medalları prezident verdi

15 May 2017 17:29 (UTC+04:00)

Trend-in məlumatına görə, qalib komandalara medalları Azərbaycan Prezidenti İlham Əliyev təqdim edib.

Komanda yarışında Azərbaycan yığması finalda əlcəzairli rəqiblərinə qalib gəliblər.

Mükafatlandırmadan sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

AzNews.az