Fransanın yeni baş naziri təyin olundu

15 May 2017 17:32 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron ölkənin yeni baş nazirini təyin edib.

Makron respublikaçı Eduar Filipi bu vəzifəyə layiq görüb. 46 yaşlı siyasi xadim Qavr şəhərinin meri vəzifəsində çalışıb.

Qeyd edək ki, Emmanuel Makron özü “İrəli” partiyasının lideridir. Ötən gün Makron inaqurasiya mərasimindən sonra rəsmi olaraq prezident kimi fəaliyyətə başlayıb.

Makron ilk olaraq Almaniyaya səfər edəcək. Onun bu gün Almaniya kansleri Angela Merkel ilə görüşü gözlənilir.

Bəxtiyar Abbasov

AzNews.az