Üzgüçümüz ikinci qızıl medalını qazandı - İslamiada

15 May 2017 18:11 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, idmançımızın 400 m məsafəyə fərdi kompleks üsulu ilə üzmə yarışında vaxtı 4:16,56 olub.

Gümüş medal türkiyəli üzgüçü Batuhan Hakana, bürünc isə indoneziyalı Aflah Praviraya nəsib olub.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.