Azərbaycan Səudiyyə Ərəbistanında Trampın iştirakı ilə keçiriləcək sammitə dəvət olunub

15 May 2017 19:08 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, sammit mayın 21-də Ər-Riyad şəhərində baş tutacaq.

Körfəz Əməkdaşlıq Şurasına üzv altı ölkə ilə yanaşı Türkiyə və Azərbaycan daxil olmaqla, 18 müsəlman ölkəsinin liderləri sammitə dəvət olunub. İran sammitə dəvət edilməyib.