Qaxda ağır qəza - "07" ilə "Mersedes" toqquşdu (Video)

15 May 2017 19:49 (UTC+04:00)

AzNews.az ARB-yə istinadən xəbər verir ki, Zəyəm kənd sakini 31 yaşlı Kamal Mustafayev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə Qaxdan Zəyəm kəndi istiqamətində hərəkətdə olarkən, qarşıdan gələn, Bakı sakini 69 yaşlı Məhəmməd Talıbovun sükanı arxasında olduğu "Mercedes" markalı avtomobillə toqquşub.

Qəza zamanı hər iki avtomobilə ciddi ziyan dəyib. Nəticədə "Mercedes" in sürücüsü xəsarət almasa da,"VAZ-2107" nin sürücüsü müxtəlif dərəcəli xəsarətlərlə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, Kamal Mustafayevə çənənin küt travması diaqnozu qoyulub, vəziyyəti orta-stabildir.

Faktla araşdırılır.