Mp3 formatı öldü - yaradıcıları rəsmən elan etdi

15 May 2017 21:24 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, bu formatın patenti artıq qüvvədə hesab olunmur. Bu da onun somvolik ölümünün göstəricisidir.

MP3 formatı son 20 ildə rəqəmli musiqi qurğuları üçün standart hesab olunurdu.

Mp3 dövrünün sonu haqqında Fraunqofera adına inteqral mikrosxemlərin üzrə İnstitutu elan edib. İnstitut Technicolor şirkəti ilə bu formatın patentinə sahib idi.

Buna baxmayaraq, müasir qurğular mp3 formatını dəstəkləməyə davam edəcək. Patentin dayandırılması musiqi sahəsinin daha yüksək kodlaşdırılmış audio üsula keçid etdiyini göstərir.