Cəlilabadda hədə-qorxu ilə pul alan şəxs tutuldu

15 May 2017 23:33 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, saxlanılan Əhmədli Xəqani adlı şəxs həmyerlisi Zamiq Rzayevlə əlbir olaraq Cəlilabad rayon sakini Həsənov Xəyala hədə - qorxu gəlməklə onun 3 min 500 manat pulunu mənimsəyib.

Həmçinin, qrup üzvləri bu cinayət əməlini Yardımlı rayon sakininə qarşı da tətbiq ediblər. Həmin şəxsdən zorakılıq yolu ilə 5 min 300 manat pul əldə edilib.

Əvvələr məhkum olunmuş 1977-ci il təvəllüdlü Əhmədli Xəqani Cinayət Məcələsinin 8 maddəsi üzrə axtarışda olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.