Portuqaliyada Budaq Nəsirovun bu həkətinə görə hakim cəzalandırdı - Video

15 May 2017 23:46 (UTC+04:00)

AzNews.az Apasport-a istinadən xəbər verir ki, görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Matça isə gənclər millimizin üzvü Budaq Nəsirovun hərəkəti damğa vurub. Belə ki, görüşün ikinci hissəsində meydan sahibləri 1:0 öndə ikən “Akademika” hücmlarının birində top qapının yanından çölə istiqamətlənib, ancaq həmin vaxt orda isinmə hərəkətləri edən Budaq topa toxunub.

Hakim isə “dəri kürə”nin meydanı tam tərk etmədiyini və oyunda olmayan bir futbolçunun toxunuşunu əsas gətirərək “Sportinq”in qapısına penalti təyin edib.

Ələ düşən şansı boşa verməyən, daha sonra bir dəfə də fərqlənən qonaq komanda 2:1 hesablı qələbə qazanıb. 75-ci dəqiqədə meydana çıxan Nəsirov isə səhvini bağışlatdıracaq heç nə ilə yadda qalmayıb.