Maral Tahirqızıdan xəbər var

16 May 2017 11:38 (UTC+04:00)

APA-nın məlumatına görə, şikayətə Ali Məhkəmədə iyunun 7-də hakim İlham Cəfərovun sədrliyi ilə baxılacaq.


Qeyd edək ki, Gülməmmədova Maral Tahir qızı 2014-cü ildə saxlanılıb, Cinayət Məcəlləsinin 244.2.1-ci (Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi ilə ittiham olunub.

Xətai Rayon Məhkəməsinin hökmü ilə M. Tahirqızı 3 il müddətinə azadlıdan məhrum edilib. Hökmdən narazı qalan M. Tahirqızı apellyasiya şikayəti verərək bəraət istəyib. Lakin şikayət təmin edilməyib. O, kassasiya şikayəti verib.

AzNews.az