45 milyon dollarlıq rəsm əsəri – Pikassonun sevgilisi

16 May 2017 11:44 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, portret Nyu York hərracında satışa çıxarılmışdı. Portreti amerikalı kolleksiyaçı satın alıb.

Portret rəssamın sevgililərindən biri Dora Maara həsr olunub. Portretin adı “Femme Assise, Robe Bleu”, yəni “Mavi Geyimli Oturmuş Qadın”dır.

Məlumata görə, portret İkinci Dünya Müharibəsi zamanı nasistlər tərəfindən oğurlanmış, lakin Parisdən Moraviya şəhərinə aparılan zaman Fransanın müqavimət döyüşçüləri tərəfindən qarşısı kəsilmişdi.

Pikassonun daha bir əsəri “Əlcəzair Qadınları” 2015-ci ildə rekord qiymətə 179 milyon dollara satılmışdı.

Bəxtiyar Abbasov

AzNews.az