TRT-nin əməkdaşları işdən qovuldu

16 May 2017 13:17 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, işdən qovulanlar kanalın müxtəlif şöbələrində rəhbər vəzifəsində çalışıblar. Onlardan biri TRT-nin baş katibi Bünyamin Korkmazdır.

Həmçinin, “Özəl Qələm” şöbəsinin müdiri Alper Altuğ Köselerli, radio şöbəsinin müdiri Amber Türkmen, xarici işlər üzrə şöbənin müdiri Çağlar Tankur Yürüməz də vəzifəsindən kənarlaşdırılıb.

Sözügedən şəxslərin işdən qovulma səbəbi isə məlum deyil.

Xatırladaq ki, bir müddət əvvəl TRT-nin baş direktoru Şenol Göka vəzifəsindən istefa vermişdi. Onun yerinə isə baş direktorun təcrübəli köməkçisi İbrahim Eren gətirilmişdi.

Bəxtiyar Abbasov

AzNews.az