“İki ölkə prezidentlərinin münasibəti normaldır” - Oqtay Əsədov

16 May 2017 13:21 (UTC+04:00)

“Report”un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib.

O bildirib ki, bu cür addımlar iki ölkə arasındakı münasibətlərə kölgə salır.

Milli Məclisin sədri Oqtay Əsədov isə bildirib ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədridir, ona görə də tərəfsizliyini nümayiş etdirməlidir: “Biz bunu görmürük. Ola bilməz ki, hansısa qeyri-hökumət təşkilatının sənədlərində problem olmasın. Bu, həll edilə bilən bir şeydir”.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli qeyd edib ki, Rusiyanın bu qərarı anlaşılan deyil: “Son illər Azərbaycanla Rusiya arasında starteji əməkdaşlıq yüksək səviyyədə olub. Rusiya tərəfi bilməlidir ki, Ali Məhkəmənin qəbul etdiyi bu qərar münasibətlərə ciddi ziyan vurur. Ümid edirik ki, növbəti mərhələdə bu qərara düzəliş olacaq”.

AzNews.az