Rusiyadan Ukraynaya cavab – Moskva Ukraynanın media-resurslarını bağlayacaq

16 May 2017 16:25 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verri ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu barədə açıqlama verib. Peskov bildirib ki, Ukraynanın genişmiqyasda istifadə olunan informasiya resursu olmadığı üçün hələlik hansı media-resursunun bağlanılacağını müəyyən etmək olmayıb.

Bu gündən etibarən Ukraynada yeni sanksiya paketi qüvvəyə minib. Qanun layihəsi “mail.ru”, “vkontakte”, “Odnaklassniki”, “Yandex” saytlarının fəaliyyətinə ölkə ərazisində qadağa nəzərdə tutur. Bundan başqa “TV Sentr”, “RBK”, “VQTRK”, “Zvezda”, “NTV-PLus”, “TNT”, “OTR”, “REN TV” kimi telekanalların aktivləri dondurulub və yayımları dayandırılıb.

Bəxtiyar Abbasov

AzNews.az