Üzgüçümüz dördüncü qızılını qazandı - Yenilənib

16 May 2017 20:21 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən Maksim Şemberev daha bir qızıl medal qazanıb.

Şemberev 800 metr məsafəyə sərbəst üzmədə finişə 7 dəqiqə 54,34 saniyəyə birinci çatıb.

***

AzNews.az Trend-ə istinadən xəbər verir ki, 200 m məsafəyə batterfly üsulu ilə üzmə yarışında təmsilçimiz Maksim Şemberyov bütün rəqiblərini geridə qoyub.

Onun finaldakı nəticəsi 1:57.72 olub.

Gümüş və bürünc medallara müvafiq olaraq türkiyəli üzgüçülər Kaan Özcan və Samet Alkan sahib olublar.

Xatırladaq ki, bundan öncə təmsilçimiz M.Şemberyov İslamiadada 1500 m məsafəyə sərbəst üsulla və 400 m məsafəyə fərdi kompleks üsulu ilə üzmə yarışlarında qızıl medal əldə etmişdi.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.