İdmançımız paraatletika yarışlarında qızıl medal qazandı

16 May 2017 21:16 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, bütün rəqiblərini qabaqlayan Y.Çebanu paraatletika yarışlarında Azərbaycanın dördüncü qızıl medalının müəllifi olub.

Gümüş medalı İndoneziya idmançısı Endanq Sitorus, bürünc mükafatı isə mərakeşli Məryəm Ən-Nuri qazanıblar.

Digər atletimiz İradə Əliyeva yarışı dördüncü pillədə başa vurub.