Dövlət qulluqçularının mükafatlandırılması üçün staj müddəti azaldılıb

16 May 2017 22:41 (UTC+04:00)

Fərmana əsasən 6-cı hissədə “(1 il)” sözləri “(6 ay)” sözləri ilə əvəz edilir.

6-cı hissədə deyilir: "Dövlət qulluqçularının kollektiv mükafatlandırılması staj müddəti (1 il) başa çatmamış olan qulluqçuya (stajçıya) şamil olunmur".

Eyni zamanda fərmanda qeyd olunur ki, 10-cu hissədə isə “attestasiya komissiyasının tövsiyəsi” sözləri “xidməti fəaliyyətin qiymətləndirilməsinin nəticəsi” sözləri ilə əvəz edilsin.

AzNews.az