Brilliant sırğalar rekord qiymətə satıldı – 57.4 milyon dollar

17 May 2017 10:19 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, sırğaları alan şəxsin kimliyi gizli saxlanılır.

Sırğalar “Apollo və Artemis” adlanır. Armudşəkilli sırğaların qeyri-adi xüsusiyyəti onların müxtəlif rənglərdə olmasıdır. Onlardan biri - “Artemis” çəhrayı, digəri - “Apollo” isə mavi rəngdədir.

Sırğaların hər biri 16 karatdır. Qüsursuz daşlar Cənubi Afrikada istehsal olunub.

Hərracçı Deyvid Bennet rəngli brilyantların nadir bəzək əşyaşı olduğunu qeyd edib.

Bəxtiyar Abbasov

AzNews.az