“+18” sərgisini təşkil edən rəssam danışdı: “40 yaşlı fahişəyə həsr olunub”

17 May 2017 12:21 (UTC+04:00)

Bunu AzNews.az-a sərginin rəssamı Vüsal Rahim deyib. Onun sözlərinə görə, bu sərgi 3 ölkədə nümayiş olunub:

Vüsal Rahimin sözlərinə görə, bu sərginin ideyası hələ 2012-ci ildə yazdığı “Mənim adım Saradır” romanından qaynaqlanıb:

“Romanda 40 yaşlı qadın obrazı var. Həmin qadın həyatını fahişəliklə keçirib. O, öz təmiz uşaqlığı ilə dialoqa girir, keçmişini xatırlayır. Sonda özünə sual verir ki, insan çirklənəndən sonra paklığına qayıda bilərmi? Əgər insan öz paklığına qayıdarsa, necə olar? Axı kuklalar paklıq rəmzidir.”

Rəssam qeyd edib ki, bu sərginin kolleksiyaları 2015-ci ildə hazırlanıb:

“Sərgi 3 ölkədə nümayiş olunub. Nyu-York, Rusiya və Azərbaycan... Sərginin rezonans doğuracağını bilirdim. Əslində burada insanları narahat edəcək görüntülər də var. Burada mövzu var. Yəni, insan sonradan nə qədər pak olsa da, vaxtilə yaşadığı çirkablıq onun həyatında iz qoyur.”

Bahar RÜSTƏMLİ

AzNews.az