5 gündür itkin düşən məktəbli Nardarandan tapıldı

17 May 2017 12:52 (UTC+04:00)

Bu barədə AzNews.az-a açıqlamasında Respublika Olimpiya İdman Liseyininin 6-ci sinif şagirdi Amil Dadaşovun bibisi Lalə Əhmədova məlumat verib. Onun sözlərinə görə, hazırda Amil Dadaşov Nardarandadır:

“Bizə hüquq-mühafizə orqanları məlumat verib ki, Amil tapılıb. O, Nardaranda, nənəsigildədir və biz hazırda ora gedirik.”

Respublika Olimpiya İdman Liseyinin 6-cı sinif şagirdi Amil Dadaşov mayın 12-dən itkin düşüb. O, dərsə getmək adı ilə evdən çıxıb və geri qayıtmayıb.

AzNews.az

Bahar RÜSTƏMLİ