Sürücülərin diqqətinə - Bu yolda hərəkət çətinləşir

17 May 2017 16:32 (UTC+04:00)

"Azəravtoyol” ASC-dən AzNews.az-a verilən məlumata görə, üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri ilə əlaqədar olaraq bu axşam saat 22:00-dan etibarən Xətai prospektində avtonəqliyat vasitələrinin hərəkəti işlərin aparıldığı zolaqlar üzrə qismən mədudlaşdırılacaq.

İşlər səhər saatlarınadək yekunlaşdırılacaq.