Nəcməddin Sadıqov NATO-nun toplantısında Foto

17 May 2017 19:12 (UTC+04:00)

AzNews.az Müdafiə nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 17-də Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqov Belçika Krallığının Brüssel şəhərində yerləşən NATO-nun mənzil qərargahında Alyansın Hərbi Komitəsinin “Qətiyyətli Dəstək” formatında Baş Qərargah rəisləri səviyyəsində keçirilən görüşündə iştirak edib.

Görüşdə Əfqanıstan İslam Respublikasındakı NATO-nun “Qətiyyətli Dəstək” missiyasının gedişi və əməliyyat şəraitindəki dəyişikliklərlə bağlı müzakirələr aparılıb.