Rəsul Çunayev bürünc medal qazandı

17 May 2017 19:21 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, bu dəfə güləşçimizin rəqibi Türkiyə təmsilçisi İlker Sönmez olub.

İdmançımız rəqibini 4:1 hesabı ilə məğlub edərək bürünc medala sahib olub.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.