Keçmiş məhkum gözəllik salonundan oğurluq etdi

18 May 2017 11:49 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, mayın 17-də Yasamal rayonu ərazisindəki gözəllik salonlarından birinə gələn Abşeron rayon sakini, əvvəllər məhkum olunan Səbinə Rzayeva oranın sahibinin içərisində 372 manat və 5 ABŞ dolları pul olan çantasını açıq talama yolu ilə aparıb.

S.Rzayeva Yasamal RPİ 26-cı PB-nin əməkdaşları tərəfindən tutulub.