Ermənistan hökuməti istefa verdi

18 May 2017 14:02 (UTC+04:00)

AzNews.az erməni mətbuatına istinadən xəbər verir ki, dövlət sərəncamında qeyd olunur ki, Sarkisyan konstitusiyanın 55-ci maddəsinin 4-cü bəndinə 2005-ci ildə edilən dəyişikliyini rəhbər tutaraq və yeni seçilmiş Milli Məclisin 18 may tarixində çağırıldığını nəzərə alaraq aşağıdakıları qərara alıb.

1. Ermənistan hökumətinin istefasını qəbul edirəm.

2. Ermənistan hökuməti üzvləri yeni hökumət qurulana qədər vəzifə səlahiyyətlərini yerinə yetirməkdə davam etməlidilər.

3. Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Bəxtiyar Abbasov

AzNews.az