Pərdə ipi 1 yaşlı uşağın boğazına dolandı - Öldü

18 May 2017 15:10 (UTC+04:00)

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Çayarxı kəndində qeydə alınıb. Kənd sakini, 2016-cı il təvəllüdlü Mahmudov Hüseyn Səbuhi oğlu yaşadığı evdə oynayarkən pəncərədəki pərdə ipi onun boğazına dolanıb.

Valideynlərin nəzarətindən kənar qalan uşaq boğulub. Həkimlər tərəfindən ilkin tibbi yardım göstərilsə də, uşaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az