"Həmin teatrın fəaliyyəti bu cür əxlaqsız, tərbiyəsiz işlərdən ibarətdir"- Xalq artisti

18 May 2017 15:54 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bunu Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Ramiz Məlik Azərbaycan Uşaqlar Birliyini sədri Kamalə Ağazadənin Bakıda keçirilən qız kuklalarından ibarət “+18” sərgisinin təşkilatçılarının cəzalandırılmasına dəstək verdiyini deyib.

Sənətkar onların bu addımını Azərbaycan gəncliyinin tərbiyyəsinə qarşı yönələn təxribat hesab edir:

Bu sərgini təşkil edən ADO teatrının fəaliyyəti bu cür əxlaqsız, tərbiyəsiz işlərdən ibarətdir. Onların bu hərəkəti Azərbaycan gəncliyinin tərbiyyəsinə, əxlaqına, mənəviyyatına yönələn təxribatdır.”

Mayın 15-də qız kuklalarının oyuncaqlarından ibarət “+18” sərgisi keçirilib. Sərginin keçirilməsi cəmiyyətdə böyük narazılığa səbəb olub. Məhz bu üzdən də Azərbaycan Uşaqlar Birliyi sərginin təşkilatçılarının cəzalanmasını tələb edir.

Bahar RÜSTƏMLİ

AzNews.az