ABŞ-ın Türkiyədəki xüsusi səfiri qovuldu

18 May 2017 16:27 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu amerikalı ali diplomatı kürd silahlılarını dəstəkləməkdə ittiham edib.

Çavuşoğlu qeyd edib ki, belə bir səfirin Türkiyədə fəaliyyət göstərməsi doğru deyil, o, öz ölkəsinə geri göndərilməlidir.

Çavuşoğlu bir neçə gün əvvəl prezident Rəcəb Tayyib Ərdoğanla birgə Amerika Birləşmiş Ştatlarında səfərdə idi.

ABŞ prezidenti Donald Trampın Suriyada İŞİD-ə qarşı mübarizə məqsədilə kürdləri silahlandıracağına dair qərarı rəsmi Ankranın qəti etirazlarına səbəb olub.

Bəxtiyar Abbasov

AzNews.az