Ermənistan ordusunda döyüş və qeyri-döyüş itkilərinin sayı rəsmi rəqəmlərdən daha çoxdur

18 May 2017 18:11 (UTC+04:00)

AzNews.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, il ərzində Ermənistan silahlı qüvvələrində 26 ölüm halının qeydə alındığı barədə Ermənistan mətbuatında yayılan məlumatlara münasibət bildirən nazirlikdən qeyd ediblər ki, aparılan araşdırmalara əsasən 2017-ci ilin yanvar ayından hazırkı dövrə qədər Ermənistan ordusunda döyüş və qeyri-döyüş itkilərinin sayı rəsmi şəkildə göstərildiyi kimi 26 deyil, 50 nəfərə yaxındır: "Bunu sübut etmək üçün ordudakı itkilərlə bağlı cari il ərzində Ermənistan KİV-lərinin dərc etdiyi materialları izləmək kifayət edər. Hələ bu da Ermənistan ordusundakı itkilər barədə tam həqiqəti əks etdirmir. Nəzərə alsaq ki, işğal olunmuş ərazilərimizdə yaşayan ermənilərdən olan çağırışçılar və buraya dünyanın müxtəlif qaynar nöqtələrindən cəlb edilən erməni əsilli muzdluların qeydiyyatı aparılmır, bu rəqəm xeyli dərəcədə artıqdır".