Daha bir güləşçimizdən qızıl medal

18 May 2017 19:09 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, birincilik uğrunda mübarizədə idmançımız Türkiyə təmsilçisi Bayrak Furkan ilə qarşılaşıb. Güləşçimiz rəqibinə 1:0 hesabı ilə qalib gələrək yunan-Roma güləşindən ölkəmizə üçüncü qızıl medalı qazandırıb.

Bu, Azərbaycanın İslamiadada qazandığı 54-cü qızıl medaldır.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.