İlham Əliyev güləşçilərə medalları təqdim etdi

18 May 2017 19:20 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, 66 kq çəki dərəcəsində qalib gələn güləşçilərə medalları Azərbaycan Prezidenti İlham Əliyev təqdim edib.

Bu çəki dərəcəsində idmançımız Kamran Məmmədov birinci olub.

Mükafatlandırmadan sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.