Obama nə etməli?

8 Fevral 2013 11:32 (UTC+04:00)



"Freedom House" şirkətinin ekspertləri hesab edir ki, Rusiya ilə münasibətlərinin hər hansı formada dəyişməsinə ehtiyac yoxdur.

Onların fikrincə, Obama bu günə kimi apardığı siyasətdən imtina etməməli və Vladmir Putinlə soyuq tonda "danışmağa" davam etməlidir. Hesab edilir ki, Avropada raketdən müdafiə sistemi layihəsinə Amerikaya heçnə verməyəcək. Səbəb isə Rusiyanın da çox ağllı olması və Amerikanın bu layihəsinə "hə" deməyəcəyi olacaq.

" Freddom House" şirkəti ekspertləri Obmaya məktub ünvanlayıblar.

Məkubda deyilir:

"Cənab prezident, sizə məsləhətimiz odur ki, Rusiya prezidenti Vladimir Putinlə əlaqələri yenidən yaxşılaşdırmaya can atmayın və onunla görüşdın mükün qədər imtina edin. Biz Amerika olaraq Rusiyada müxalifətin tərəfini saxlamağı və ölkədəki korrupsiya halları ilə mübarizə aparmalıyıq".

Məktubda həmçinin Rusiyada hakimiyyətin cəmi bir adamın əlində cəmləşdiyi də xüsusi vurğulanır. "İndi Rusiyada hər şey Vladimir Putinin əlindədir. Əgər ona bir şey olsa, bütün sistem çökəcək. Halbuki ölkə bir adamın əlində cəmlənməli deyil".

Obama administrasiyası hələ ki, onlara ünvanlanmış məktuba heç bir cavab verməyib. Ancaq ABŞ hökuməti Rusiyada bir adama diqqət ayırmaq fikrində deyil.

Aynur Hüseynova
AzNews.az